Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun böyük əhəmiyyəti var

0

  •           Azərbaycanın
     müstəqil dövlət olaraq qazandığı
    uğurları düzgün qiymətləndirmək üçün dövlət müstəqilliyimizi əldə etdikdən
    sonra keçdiyimiz tarixi yola nəzər salmalı, 
    həmin dövrlə indiki vəziyyəti müqaisə etmək düzgün olardı. Azərbaycan
    müstəqilliyinin ilk illərində beynəlxalq aləmdən təcrid olunmuş, daxili çəkişmələrin
    girdabına düşmüş, torpaqlarının 20%-i erməni işğalçılarına məruz qalmış,
    elektrik enerjisini əhaliyə fasilələrlə verən, əhalini  istilik enerjisi ilə təmin edə bilməyən və
    meşələrdən odun gətirərək evləri qızdırılan bir məmləkət idisə, indi dünyanın
    enerji təhlükəsizliyində mühüm rol alan, dünyaya elektrik enerjisi ixrac edən,
    reionun lider dövləti və bütün güc mərkəzlərinin hesablaşdığı, ən əsası qüdrətli
    Ordusunun və qətiyyətli rəhbərinin gücü ilə ərazi bütövlüyünü təmin etmiş məğrur
    bir ölkədir. Cənab Prezident İlham Əliyev necə ki, iqtisadiyyatı şaxələndirmə
    yolu ilə ilbəil yüksəldərək uğurlar əldə olunmasına nail oldu, xarici siyasətdə
    də qarşılıqlı maraqları uzlaşdırtmaqla beynəlxalq əlaqələri genişləndirdi və
    yeni tərəfdaşları Azərbaycanla əməkdaşlığa cəlb edə bildi.  İstər Avropa, istər Asiya, istərsə də digər
    qitələrdə yerləşən aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla Azərbaycanın
    ikitərəfli və çoxtərəfli siyasi, humanitar və iqtisadi əlaqələri quruldu.
    Qurulmuş əlaqələr Azərbaycanın hərtərəfli inkişafına öz müsbət təsirini göstərdi
    və göstərməkdədir.

        Bolqarıstan Respublikası Azərbaycanın dövlət
    müstəqilliyini ilk tanıyan dövlətlər sırasındadır. Cənab Prezident İlham
    Əliyevin 2015-ci ildə Avropa İttifaqının və NATO-nun üzvü olan Bolqarıstana səfəri
    və səfər zamanı “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında
    strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin imzalanması ilə iki dost və
    strateji tərəfdaş dövlət arasında münasibətlər yeni mərhələyə qədəm qoydu.

       Avropa İttifaqının Komissarı xanım Ursula
    Vander Leayinin  bu ilin yayında Azərbaycana
    səfəri zamanı “Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində
    strateji tərəfdaşlıq haqqında”  Memorandum
    Azərbaycanla Avropa İttifaqına daxil olan dövlətlər  arasında münasibətlərin daha da genişlənməsinə
    müsbət təsir göstərməkdədir.

       Cənab Prezident İlham Əliyevin 30 sentyabr
    tarixində Bolqarıstana rəsmi səfəri iki dost və strateji tərəfdaş ölkələr
    arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyinin göstəricisidir. Cənab
    Prezident İlham Əliyev özünün verdiyi Bəyanatla Bolqarıstan səfərini yüksək
    qiymətləndirərək 2015-ci ildə qəbul edilmiş “Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannaməni xüsusi qeyd etdi və bəyannamədə
    təsbit edilmiş bütün məsələlərin öz əksini tapdığını vurğuladı. O, bildirdi ki,
    Bolqarıstanla Azərbaycan strateji tərəfdaş ölkələr olaraq bir-biri ilə sıx əlaqədədir.
    Cənab Prezident əlavə etdi ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji
    və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq Azərbaycan da Bolqarıstanla
    dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.

        2021-ci
    ildə Bolqarıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 73 milyontəşkil etmiş,
    2022-ci ilin yanvar-iyul aylarında  isə 80
    milyon ABŞ dollarını keçmişdir. Ötən illə
    cari ilin rəqəmlərini müqaisə etdikdə görürük ki, ticarət dövriyyəsini artım
    surəti olduqca yüksəkdir.

       Rusiya
    ilə Ukrayna arasında baş vermiş müharibə
    dünyada, eləcə də Avropada enerji və ərzaq təhlükəsizliyinə əngəllər yaradıb. Həm
    siyasi və həm də iqtisadi sahədə müstəqil siyasət aparan Azərbaycan
    Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Avropanın enerji
    təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayır. Avropa  İttifaqı ilə Azərbaycan arasında bu ilin
    yayında imzalanmış enerji sahəsində əməkdaşlıq haqqında Memoranduma əsasən növbəti
    bir neçə ildə Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi 2 dəfə
    artırılacaq. Bu da öz növbəsində Azərbaycana əlavə mənfəət gətirməklə yanaş,
    siyasi əlaqələrin dərinləşməsinə öz təsirini göstərəcək. Əgər zamanında neft və qaz, nəqliyyat,
    loqistika sektorlarında mövcud şərait yaradılmasaydı bunları görmək mümükün
    deyildir.  Artıq TANAP və TAP boru xətləri
    ilə Azərbaycan qazı Avropaya nəql edilir. Cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı Yunanıstan-Bolqarıstan
    Qaz İnterkonnektorunun əhəmiyyətini qeyd edərək bu İnterkonnektor vasitəsi ilə
    Azərbaycan qazının Yunanıstana və digər Avropa dövlətlərinə nəql ediləcəyini
    xüsusi hadisə olaraq dəyərləndirdi.

          Cənab
    Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycanın beynəlxalq
    əlaqələri davamlı olaraq inkişaf edir və genişlənir. Bu da Azərbaycanın beynəlxalq
    nüfuzunu artırmaqla yanaşı əlavə iqtisadi və siyasi dividentlər qazandırır.

                 Vahid Əliyev,

    YAP
    Xocalı rayon təşkilatının sədri 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib64 dəfə
    Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun böyük əhəmiyyəti var

    Maraqlı gələ bilər
    30
    47
    108
    0